Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 23 Fevral 2005 00:01

Həmin gün general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovanı onun xahişi ilə qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 22 Fevral 2005 00:01

Fevralın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Belçika Krallığının Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mark Van Risselberqi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 21 Fevral 2005 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 21-dən 25-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) “Terrorizmə qarşı mübarizə” kursu, Ankara şəhərində (Türkiyə Respublikası) “Sərhəd təhlükəsizliyinə nəzarət” üzrə kurs, fevralın 21-dən martın 11-dək Oslo şəhərində (Norveç Krallığı) “Sülhməramlı əməliyyatlarda maddi texniki təminat” kursu və fevralın 22-dən 24-dək Neapol şəhərində (İtaliya) “Kooperativ Ki-05” təliminin İlkin Planlaşdırma Konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 14 Fevral 2005 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 14-dən 18-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) “Böhranların idarə olunması” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 14 Fevral 2005 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 15-də Tərtər rayonunun ərazisindəki Tərtər və Ağdərə arasında yerləşən yolun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 11 Fevral 2005 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirlikləri Müdafiə nazirinin dəvətilə, “IDEX-2005” 7-ci Beynəlxalq Hərbi Sərgisində iştirak etmək üçün fevralın 10-da Abu-Dabi şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 7 Fevral 2005 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 7-dən 8-dək Brüssel şəhərində (Belçika Krallığı) "İnsanların və infrastrukturun qorunması” mövzusunda II ümumdünya konfransı, Zaqreb şəhərində (Xorvatiya) “Terrorizmə qarşı mübarizə” konfransı, fevralın 7-dən 11-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) “NATO Avropa təhlükəsizliyi üzrə əməkdaşlıq” kursu, fevralın 7-dən 18-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Silahlı münaqişələr hüququ” kursu və fevralın 8-dən 10-dək Kiyev şəhərində (Ukrayna) “Sülhün sipəri-05” təliminin əsas planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 7 Fevral 2005 00:01

Fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin təhlükəsizlik və tərəfdaşlıq sahəsində əməkdaşlıq üzrə yardımçısının müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 31 Yanvar 2005 00:03

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 1-dən 3-dək Kişinyov şəhərində (Moldova Respublikası) “Kooperativ Best Effort-05” təliminin ilkin planlaşdırma konfransı və fevralın 2-dən 3-dək Neapol şəhərində (İtaliya) “Kooperativ Engagement-05” təliminin ilkin planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 31 Yanvar 2005 00:02

Həmin gün general-polkovnik Səfər Əbiyev İraq dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ərşad Öməri qəbul etmişdir.