AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı anım tədbirləri keçirilib.
“Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir”Bu gün Azərbaycan özünün sosial-iqtisadi inkişafının elə bir dövrünü yaşayır ki, ölkə həyatının bütün sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpacaq dərəcədə aydın görsənir.
Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidməti, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbi hissələrdən birində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.