AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən “N” hərbi hissəsində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunan tədbir keçirilib.
Ötən müddət ərzində keçirilən toplantılarda taqım komandirləri və müavinləri, manqa komandirləri, müxtəlif ixtisaslı gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları iştirak ediblər.
Yanvar ayının 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 ili tamam olur.
Ordumuzun əşya təminatı yüksək səviyyədədirMaddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Əşya Xidməti rəisi polkovnik Azər QURBANOVHər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində yanvarın 21-də general-polkovnik Zakir Həsənovla Gürcüstan Parlamentinin sədri cənab Arçil Talakvadze arasında görüş keçirilib.
Gürcüstanda rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də Tbilisi şəhərində yerləşən Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorialı ziyarət edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili yanvarın 21-də Tbilisidə keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin Müdafiə naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.
Yanvarın 21-də Gürcüstana səfərə gələn Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərinin mərkəzində Heydər Əliyev adına Parkı ziyarət edib.
Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.