Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Yanvar 2020 13:45

Müdafiə naziri ümummilli lider Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib

Yanvarın 21-də Gürcüstana səfərə gələn Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərinin mərkəzində Heydər Əliyev adına Parkı ziyarət edib.
Nümayəndə heyəti xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad edib.