Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2020 11:38

"Azərbaycan Ordusu" qəzeti №4 (2422)

“Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir”

Bu gün Azərbaycan özünün sosial-iqtisadi inkişafının elə bir dövrünü yaşayır ki, ölkə həyatının bütün sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpacaq dərəcədə aydın görsənir. Özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz artıq illərdir ki, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilib...davamı




Yollar səngərlərə aparır bizi

Yollar səngərlərə aparır. Aram-aram, narın-narın yağış yağır. Sanki təbiət yollarımıza damcı-damcı nur çiləyir. Radiodan eşitdiyim musiqi  qəlbimizi riqqətə gətirir. Tanış müğənninin ifası bizi sehirləyir. "İgid əsgər, möhkəm dayan..." mahnısının səslənişi, ritmi ovqatımıza ovqat qatır...davamı




“Tarixi saxtalaşdırmaq olmaz”

Rubrikamızın qonağı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, professor Musa Bağırovdur. Deyirlər tarixi yazmaq onu yaratmaq qədər çətin və şərəflidir. Kinorejissor-ssenarist, tədqiqatçı-jurnalist Musa müəllim də bütün ömrünü və uzun illik əmək fəaliyyətini tarixi araşdırmaq, onun məqamlarını qələmə almaq və lentə köçürmək kimi məsuliyyətli bir işə sərf edib. Onun iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun həyat və fəaliyyəti ilə bağlı qiymətli tədqiqat işləri tariximizə əvəzsiz töhfəsidir...davamı




20 Yanvar: Azərbaycançılığın qalibiyyət gecəsi

Ümummilli lider Heydər Əliyev: 20 Yanvar hadisəsinin tariximizdəki yeri, qiyməti ayrı-ayrı insanların taleyi ilə məhdudlaşa bilməz. Bu ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan Respublikasında dövlətin gənclərə diqqət və qayğısı. 2 Fevral Gənclər Günüdür.


Suallar:

1. Azərbaycan gəncliyi müstəqilliyimizin ilk illərində. Ümummilli lider Heydər Əliyevin gənclərimizə diqqət və qayğısı.

2. Azərbaycan gənclərinin milli mənəvi ruhda tərbiyəsi, onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

3. Müstəqilliyimizi qorumaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur...davamı




Müstəqillik tarixini siz yazdınız, şəhidlər!

“Şəhidlər unudulmur” layihəsi çərçivəsində 72 nömrəli məktəb-liseyin sinif otaqlarına Aprel şəhidlərinin adları verilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı "Şəhidlər unudulmur" layihəsi çərçivəsində ilk tədbir yanvarın 16-da paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təşkil olunub. Tədbirdə Aprel döyüşlərinin qaziləri və iştirakçıları, şəhid ailələrinin üzvləri, bu təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər...davamı




“Sən əsgər anasısan, anam!”

Könül sinə-dəftər olsa belə, bəzən fikirləri sonacan ifadə etməyə çətinlik çəkirsən. Bəzən sükutlu danışmalı olursan. Bəzən sözü sükut əvəzləyir, bəzən sükut razılıq və məğlubiyyət əlamətini də ifadə edir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı