Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2020 15:57

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciəyə ilk siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Qeyd olunub ki, bu gün hər bir azərbaycanlı 20 yanvar tarixini müstəqillik mübarizəsində ən şərəfli günlərdən biri sayır, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir.
Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Nərgiz uşaq bağçasının fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.  
Sonda hərbi vətənpərvərlik mövzusunda videoçarx nümayiş olunub.