Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2020 12:36

Xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı anım tədbirləri keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra çıxış edənlər qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən, müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən və törədilmiş qətliamın səbəblərindən danışıblar. Həmin günlərdə ümummilli lider Heydər Əliyevin xalqın yanında olması, ölkəmizin Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqdakı çıxışı, sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı ədəbi-bədii kompozisiya təqdim edib.
Sonda Qanlı Yanvarın tarixi və mahiyyətindən bəhs edən kitab, jurnal, qəzet və tablolardan ibarət sərgiyə baxış keçirilib.