Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2020 12:34

Qanlı Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbi hissələrdən birində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra çıxış edənlər qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən və müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən danışıblar.
Qanlı Yanvar ilə bağlı qısametrajlı film nümayiş etdirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin 20 Yanvara dair  hazırladığı ədəbi-bədii kompozisiya göstərilib.
Sonda Qanlı Yanvarın tarixi və mahiyyətindən bəhs edən kitab sərgisinə baxış keçirilib.