AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün protokoluna əsasən, aprelin 16-da Ankara şəhərində hər üç ölkənin hərbi məktəbləri arasında dostluq idman yarışlarına start verilib.
Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2019-cu il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.
Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin 2019-cu il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini yoxlamaq üçün “Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib.
“Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.
Bu yol Qələbə yoludurÖn xətdə yerləşən "N" hərbi hissəsinin bir bölməsinə, Vətənimizin və xalqımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolunu davam etdirən hərbi qulluqçularımızla görüşə gəlmişik.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.
Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən Bakıda “Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.