Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2019 10:34

"Azərbaycan Ordusu" qəzeti 13 aprel 2019-cu il №28 (2345)

Bu yol Qələbə yoludur

Ön xətdə yerləşən "N" hərbi hissəsinin bir bölməsinə, Vətənimizin və xalqımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolunu davam etdirən hərbi qulluqçularımızla görüşə gəlmişik.
Hərbi hissənin zabiti Rail Ağayev döyüş növbətçiliyi aparan şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti barədə məlumat verir: "Tabeliyimizdə xidmət edən şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu yüksəkdir. Yüksək nailiyyətlər əldə etmək üçün sadəcə dərslərin keçirilməsi kifayət etmir, şəxsi heyət arasında rəqabət yaratmaq da vacib məsələlərdəndir...davamı








“Xalqımızın qəhrəmanlıq ənənələrini şərəflə yaşadırıq”

Bu gün ordumuzda ömrünün mənasını Vətənə, xalqa, dövlətə xidmətdə görən gənc  vətənpərvər zabit heyəti xidmət edir.  Təbii ki,  hər kəs seçdiyi peşənin özəlliyini, qayəsini, məna tutumunu gözəl bilir. Müəllim, həkim, mühəndis... Fikrimcə,  peşələrin içərisində ən müqəddəsi və ən  şərəflisi hərbçi peşəsidir - Vətəni, torpağı qorumaq peşəsidir. Bu yolda boran da var, qış da var. Lakin çətinliklər qorxutmur onları. Sevgiləri ilə qəlblərini isitdiyi Vətənin, torpağın keşiyində əzmlə dayanırlar...davamı








Tarixi şəxsiyyətlər xalqın əvəzsiz milli sərvətidir

1991-ci ildə Azərbaycanda milli-azadlıq hərəkatı dövlət müstəqilliyinin bərpa olunması ilə nəticələndi. Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. AXC hakimiyyəti xalqın etimadını doğrulda bilmədi. Ölkədə hakimiyyətsizlik, milli qarşıdurma, real vətəndaş müharibəsi, dövlətin parçalanması, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq təkidlə fenomenal dövlətçilik istedadına malik olan böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Azərbaycan dövlətçiliyi xilas edildi. Qətiyyət, dövlətə, dövlətçiliyə sədaqət, xalqa, millətə sevgi bu təhlükələri aradan qaldırdı. Bu tarix azərbaycançılıq ideologiyasının təntənəsi kimi əbədi yaşayacaq...davamı








Xatirələrdə yaşayan ömür

Azərbaycan Texniki Universitetində Milli Qəhrəman Şövqiyar Abdullayevin 50 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir Azərbaycan Texniki Universitetinin  və Veteran Tankçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşdı. Anım mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndələri, Qarabağ müharibəsinin iştirakçıları, universitetin müəllim və tələbə heyəti, şəhidin ailə üzvləri və digər qonaqlar iştirak etdilər. Hərbi orkestrin müşayiəti ilə universitetdə şəhidlərin xatirəsinə əbədiləşdirilən abidə-kompleksinin önünə gül dəstələri düzüldü. Dövlət himni səsləndirildi...davamı








“Böyük Qələbə sevincini yaşadacağıq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Vətənin keşiyində dayanan oğullarımızla söhbətləşirik. Onların hər kəlməsindən Vətənimizə, millətimizə nə qədər bağlı olduqları sezilir. Hər biri tezliklə torpaqlarımızı erməni qəsbkarlarından azad edəcəkləri günü gözləyir...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən İkinci Dünya müharibəsi haqqında tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması.

2. Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları.

3. Azərbaycan İkinci Dünya müharibəsi illərində...davamı








Qəhrəmanlar yaşayır


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə şairin yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzaladı və 2019-cu ili "Nəsimi ili" elan etdi...davamı






"Azərbaycan Ordusu" qəzetinin tam variantı