AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 1-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının, hərbi nizam-intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.
Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hacıyev Qoşqar Zahid oğlu uzun müddət Türkiyə Respublikasının Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunduqdan sonra indi də respublikamızda müalicəsini davam etdirir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hislərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) birgə təsdiq etdikləri plana əsasən “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.
Ümummilli lider Heydər ƏLİYEV:
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vigorous Warrior - 2019” çoxmillətli birgə tibb təlimində iştirak edib.
Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Bakı Hərbi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.