Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2019 16:05

Məhkəmə nümayəndələri hərbi dənizçilərlə görüşüblər

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Bakı Hərbi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.
Tədbirdə qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.
Sonda şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.