AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 24-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib.
Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış keçirilib.
Aprelin 23-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı öz işinə başlayıb.
“Mustafa Kamal Atatürk – 2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti üçün apelin 23-də mədəni proqram təşkil olunub.
Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması və dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunan "Güclü dövlətin güclü ordusu olmalıdır" adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqə keçirilir.
Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Aprelin 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bu gün Ağstafa rayonunda azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarından olan tabor komandiri, qvardiya mayoru Müseyib Abdulla oğlu Allahverdiyevin anadan olmasının 110 illiyi münasibəti ilə tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də silsilə tədbirlər həyata keçirilir.
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir.