Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2019 13:56

Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapılıb

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları gizir Abdullayev Hafiz Məhəd oğlu və  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!