Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2019 14:05

“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqəsi keçirilir

Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması və dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunan "Güclü dövlətin güclü ordusu olmalıdır" adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqə keçirilir.
Rəsm işlərinin mövzuları vətənpərvərlik və ordu quruculuğunda varislik ənənəsi, dövlətçiliyin əsas atributu olan Azərbaycan Ordusunun güc və qüdrətinin tərənnümü və s. olacaqdır.
Qalibləri və fərqlənən iştirakçıları müəyyən etmək üçün mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti yaradılır. Hər yer üçün 4 nəfər olmaqla müsabiqə qaliblərinə - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən müvafiq dərəcəli diplomlar və hədiyyələr təqdim ediləcəkdir.
 Azərbaycan Ordusu hərbi qulluqçularının və mülki işçilərinin övladlarının da müsabiqədə iştirak etmələri üçün müraciət etmələri tövsiyə olunur.