Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2019 11:28

"Azərbaycan Ordusu" qəzeti 20 aprel 2019-cu il №30 (2347)

Ümummilli lider Heydər ƏLİYEV: Naxçıvanski adına lisey mənim üçün bir övladdır

Müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyev  tarixdə dərin iz salmış dahi şəxsiyyətdir. Xalqın yaddaşında əbədi qalan, böyük qətiyyət və iradə sahibi olan Ulu Öndər ən mürəkkəb və ən çətin vəziyyətlərdə əsl düzgün yolu tapmağı bacarırdı. Azərbaycanlı olmağı ilə həmişə fəxr edib öyünən ümummilli liderimiz Heydər Əliyev bütün şərəfli ömrünü xalqının rifahına, Azərbaycanı qurub yaratmağa və müstəqil ölkəsini dünyada tanıtmağa sərf etdi. Bütün güc və qüvvəsini dövlətimizin quruculuğuna yönəltdi. Son nəticədə istəyinə, amalına nail oldu, güclü, qüdrətli və yenilməz bir dövlət yaratdı, tarixin səhifələrində heç vaxt pozulmayan dərin izlər qoydu. Buna görə də ulu öndər Heydər Əliyev xalqın böyük ehtiramını, hörmətini və sevgisini qazandı. Müasir Azərbaycan tarixinin ən parlaq, ən işıqlı və ən möhtəşəm səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır...davamı








“Əsgərlər tapşırıqların öhdəsindən bacarıqla gəlirlər”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Məhəmmədəli Məmmədovun nəzarəti altında keçirilən sıra hazırlığı məşğələsinin şahidi olduq. Sıra hazırlığının fənn və üsullarını öyrənən əsgərlərin  ayaq səsləri hər kəsin diqqətini özündə cəmləyirdi. Gənclərin ayağını eyni anda yerə vurmasından yaranan səs dalğası, verilən komandaları cəld yerinə yetirərək nizamlı şəkildə sağa-sola, geriyə dönmələri xoş ovqat aşılayırdı. Düşünürsən, belə vətənpərvər, igid oğulların qarşısında heç bir düşmən tab gətirə bilməz, tezliklə qələbə bizim olacaq...davamı








“And içirik” və yaxud “Ağ ümid”in inam haləsi

Şeirə, şeiriyyətə könül verəli şeirli gecələri, şeirli görüşləri ruhun ziyarəti bilmişəm. Belə ziyarətlər Vətən ünvanlıdırsa, daha duyğusal olur...
Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Yazıçılar Birliyi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu ilə tələbələrin görüşü Vətən sevgisinin işığında izlənildi. Vətənsevərlik tədbiriydi, vətənsevərlərin əhatəsində vətənpərvərlik şeirlərini, bu biçim şeirlərə bəstələnmiş mahnıları dinləməyi hamı həmişə ruhun qazancı bilib...davamı






"Azərbaycan Ordusu" qəzetinin tam variantı