Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2019 13:42

Hərbi dənizçilərlə Hərbi Prokurorluq nümayəndələrinin görüşü keçirilib

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2019-cu il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.
Görüşdə hərbi qulluqçulara qarşılıqlı davranış qaydaları və münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması barədə brifinq təqdim olunub.
Sonda görüş iştirakçıları mövzu ilə əlaqəli aktual məsələləri müzakirə edib və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.