AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Rusiya paytaxtında keçiriləcək hərbçilər arasında güləş üzrə dünya çempionatında iştirak etmək məqsədilə Moskvaya yola düşüblər.
Mayın 12-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə respublika məktəbliləri arasında “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi Murovdağın zirvəsində də təntənəli surətdə qeyd edilib.1994-cü ilin yanvar ayında Ulu Öndərin xeyir-duası ilə cəbhəyə yola salınmış hərbi hissənin ön səngərdə döyüş növbəsi çəkən hərbi qulluqçuları müasir Azərbaycan Ordusunun memarını ehtiramla yad ediblər.
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 10-da İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib.
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir.
İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.
Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Qələbə bayrağına düzlən!” devizi altında hərbi-vətənpərvərlik marafonu keçirilib.