AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub.
“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin ön xətdə xidmət edən hərbi qulluqçulara mənəvi dəstək olmaq, ictimaiyyətlə ordu arasında əlaqələrin gücləndirilməsinə töhvə vermək məqsədilə keçirdiyi “Əsgərə məktub” layihəsinə müharibə veteranları da qoşulub.
İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.
Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilir.
Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub.
“O dağların o tərəfi Şuşadı!”Hər dəfə ön xətdə yerləşən hərbi hissəyə gedəndə, torpaqlarımıza keşik çəkən məğrur əsgərlərimizi görəndə ürəyim dağa dönür.
Faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Müdafiə nazirinin tapşırığına əsasən mayın 8-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı Şəhidlər Xiyabanında dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.