Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 13:56

Qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilir.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfindən Böyük Vətən müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət edir, müharibə veteranları ilə görüşlər keçirilir, onların qəhrəmanlıqları haqqında filmlər təqdim edilir və digər mədəni-kütləvi tədbirlər təşkil olunur.