AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursunun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 5-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi təşkil olunacaq.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 3-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Heydər Əliyev və Azərbaycanda ordu quruculuğuAzərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır...davamı Hərbi qulluqçular Heydər Əliyev muzeyində olublar"N" hərbi hissəsində də gənc əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsinə start verilib.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2018-ci il tarixədək 90.425.728,04 AZN, 213.577,88 ABŞ dolları, 11036,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Azərbaycan Ordusunun nümayəndələri Ankara şəhərində (Türkiyə Respublikası) Azərbaycan və Türkiyə arasında “Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konya şəhərində (Türkiyə Respublikası) “Anadolu Ankası - 2018” təliminin əsas planlaşdırma konfransı, eləcə də San-Antoniyo şəhərində (ABŞ) “Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu” və Potsuolli şəhərində (İtaliya) “Tibbi dayanıqlıq” üzrə seminarda iştirak edirlər.