Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2018 16:51

MOİK-in güləşçiləri hərbçilərin dünya çempionatında iştirak etmək üçün Moskvaya yola düşüblər

Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Rusiya paytaxtında keçiriləcək hərbçilər arasında güləş üzrə dünya çempionatında iştirak etmək məqsədilə Moskvaya yola düşüblər.
MOİK-in komandası mayın 14-dən 20-dək Moskvada keçiriləcək hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında mübarizə aparacaq.
MOİK növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CISM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılıb.
Sərbəst və yunan-Roma güləşçilərimizi yüksək səviyyəli yarışlara beynəlxalq dərəcəli idman ustası, Əməkdar Məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qalibi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında Avropa və dünya birinciliklərinin dördqat çempionu, hərbçilər arasında II Olimpiya Oyunlarının gümüş mükafatçısı, mayor Taleh İsrafilov hazırlayıblar.
MOİK-in komandasının heyətində üç qadın güləşçi də mübarizə aparacaq.
Qeyd edək ki, çempionata qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edirlər.
Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də Moskvaya yola düşüblər.