AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 10-da İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib.
Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə “Doğanbey” poliqonunda yaradılmış Təlim İdarəetmə Mərkəzini ziyarət edib.