AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb.
Dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Müdafiə Nazirliyinin və İRƏLİ İctimai Birliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə görüş keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbələrindən ibarət bir qrup respublikamızın Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlər üçün bayram konserti keçirilib.
Ordu quruculuğu Vətənə sevgidir, dövlətə, dövlətçiliyə sədaqətdir1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “İlham Əliyev və ordu quruculuğu” mövzusunda elmi-metodiki seminar keçirilib.
Dekabrın 20-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilib.