AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Ən yaxşı artilleriya divizionu”Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrdə "Ən yaxşı artilleriya divizionu" adı uğrunda yarış keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 19-da xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.
Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Dekabrın 19-da Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) 2017-ci ilin yekunlarına və idmançıların mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək.
Dekabrın 16-da Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2017-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş tərkibdə iclas keçirilib.
“Ordumuz xalqımızı tezliklə arzusuna çatdıracaq”"Əsl zabit necə olmalıdır?" sualına düşünmədən onu demək istərdim ki, zabit - səriştəli, sağlam ruhlu və Azərbaycan torpaqlarını layiqincə qorumağı bacaran nümunəvi hərbçi olmalıdır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.