Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2017 15:10

"Azərbaycan Ordusu" qəzeti - №96 (2213)

“Ən yaxşı artilleriya divizionu”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrdə "Ən yaxşı artilleriya divizionu" adı uğrunda yarış keçirilib. Yarışların əsas məqsədi şəxsi heyətin döyüş ustalığını artırmaqla yanaşı, ixtisas, taktiki, atəş və fiziki hazırlığını, nəzəri və praktiki vərdişlərini, döyüş zamanı onların uzlaşma və idarəetmə qabiliyyətlərini formalaşdırmaqdır...davamı

 

“Ən yaxşı motoatıcı tabor komandiri”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrimiz üzrə ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib. Birinci yerin sahibi olan zabitlə görüşmək üçün "N" hərbi hissəsinə yola düşürəm.
Öyrənirəm ki, zabitlərin hər biri müsabiqənin bütün mərhələlərində yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıb...davamı
 


Qələbəyə gedən yol

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi hər birimiz üçün əsas hədəfdir. Qələbənin təminatı isə hazırlıqlı zabit və gizirlərdən, əsgərlərdən bütün döyüş vasitələrinin hazırlığından asılıdır. Orduda etibarlı rabitə sistemi də mühüm əhəmiyyətə malikdir. Çünki müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədilə komanda idarəetmə-məntəqələrinin rabitə vasitələri əsas rol oynayır...davamı



Qəhrəmanın xatirəsinə həsr olunmuş şahmat turniri

C.Naxçıvanski adına Hərbi Liseydə müntəzəm olaraq Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə həsr olunmuş idman yarışları keçirilir. Kursantlar bu yarışlarda həvəslə iştirak edərək daim fiziki hazırlıqlarını artırırlar. Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə şahmat turniri keçirildi...davamı



Bu məktub qələbəyə çağırışdı

Hər əsər oxuyanın düşüncələrinə təsir edə bilmir. Əslində, məktub da əsərdir və hər məktub da oxuyanı düşündürməyə qadir deyil.
Atam hərbçi olub. Körpəliyimdən hərbi mundir görmüşəm, hərbçilər haqqında söhbətlər eşitmişəm, atamın, atamın dostlarının müharibə, şəhidlik, şəhidlər haqqında danış-dıqlarını qürurla, bəzən kövrəkliklə dinləmişəm. Atam döyüşlərdə tanıdığı qəhrəmanları indi də unutmur...davamı

"Azərbaycan Ordusu" qəzetinin tam variantı