Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2017 09:51

Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb.
Əməliyyat şəraiti barədə məruzə edildikdən sonra Müdafiə naziri səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb.
Daha sonra  general-polkovnik Z.Həsənov ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
Qarşıdan gələn bayramlar münasibətilə Ali Baş Komandanın təbriklərini  şəxsi heyətə çatdıran Müdafiə naziri, dövlət başçısı adından xidmətdə fərqlənənlərə mükafatlar və bayram hədiyyələri təqdim edib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran Müdafiə naziri, hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.