Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2017 14:55

Qusarda əsgər və zabitlər üçün bayram konserti təşkil olunub

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə  Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlər üçün bayram konserti keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissədəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Fondun icraçı direktoru Fərhad Hacıyev əsgərləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb.
Bayram tədbirində çıxış edənlər Azərbaycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.
Bildirilib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib və cəbhə xəttində düşmənin bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, ona layiqli cavab verilir.
Hərbi hissənin rəhbərliyi Gənclər Fonduna gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində həyata keçirdiyi layihələrə və tədbirlərə görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra hərbi qulluqçulara incəsənət ustalarının ifasında rəngarəng bayram konserti təqdim olunub.