AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Möhtərəm Prezident!Cənab Ali Baş Komandan!Sizi – xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi, müstəqil Azərbaycanımızı daha xoşbəxt gələcəyə inamla aparan möhtərəm Prezidentimizi, müdrik və qətiyyətli Ali Baş Komandanımızı səmimi-qəlbdən salamlayır və 57000 nəfərlik İctimai Birliyimizin üzvləri adından Zati-Alilərinizə möhkəm cansağlığı, uzun ömür və Vətən naminə xidmətlərinizdə bundan sonra da yorulmaz fəaliyyət arzulayırıq.
Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.
Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsinə həsr olunmuş ilk tədbir Ağcabədi rayonunda keçirilib.
Fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub.
Fevralın 11-dən 18-dək Helsinki şəhərində (Finlandiya) Əməliyyat imkanları konsepsiyası üzrə məlumat bazası kursu keçiriləcək.
Fevralın 8-dən 12-dək Madrid şəhərində (İspaniya) NATO-da tibbi qiymətləndirmə kursu və Oberammerqau şəhərində (Almaniya) resursların idarə edilməsi üzrə təhsil proqramı kursu, fevralın 8-dən 19-dək isə Qarmiş-Partenkixen şəhərində (Almaniya) dil testi üzrə seminar keçirilir.
Əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Füzuli, Beyləqan Xocavənd, Ağcabədi, Kürdəmir, Qazax, Tovuz və digər rayonlarda 2 Fevral - Gənclər Günü geniş qeyd edilib.