AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclərinin 1-ci Forumunun 20-ci ildönümü və 2 Fevral – Gəncləri Günü münasibətilə Tərtər şəhərində "Ordu gəncləri böyük qüvvədir" devizi altında kütləvi gənclik və vətənpərvərlik bayramı keçirilib.
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2016-cı il üçün birgə tədbirlər planı imzalanıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Sizi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir və hər birinizə ən səmimi arzularımı bildirirəm.
Fevralın 1-dən 3-dək Roma şəhərində (İtaliya) NATO Müdafiə Kollecinin ali kurs dinləyicilərinin xarici dövlətlərə səfərlərinin planlaşdırılması konfransı, fevralın 1-dən 5-dək Ankara şəhərində (Türkiyə Respublikası) terrorçuluqla mübarizə kursu, fevralın 1-dən 12-dək isə kiber müdafiə kursu, fevralın 1-dən martın 4-dək İstanbul şəhərində (Türkiyə Respublikası) partlayıcı maddələrin aşkarlanması kursu keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 fevral 2016-cı il tarixədək 70.074.862,27 AZN, 211.791,88 ABŞ dolları və 2093,69 avro vəsait daxil olub.
2016-cı ildə Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.