AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Silahlı Qüvvələrdə uğurla başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyətini əhatə edib.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri ABŞ-ın Arlinqton şəhərində keçirilən Amerika mikrobiologiya elmi cəmiyyətinin (ASM) biomüdafiə məsələlərinə və yeni yoluxucu xəstəliklərin tədqiqatına dair illik konfransında iştirak ediblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Fevralın 16-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fevralın 15-dən 17-dək Surix şəhərində (İsveçrə) hərbi əməkdaşlıq konfransı, fevralın 15-dən 19-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə və Oberammerqau şəhərində (Almaniya) döyüş hazırlığı qiymətləndirmə kursları keçirilir.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 15 illiyi ilə əlaqədar təntənəli yubiley mərasimi keçirilib.