AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.
Dekabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Dekabrın 30-da Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində tabelikdə olan hərbi hissə və bölmələrin, baza və anbarların rəhbər heyətinin iştirakı ilə 2014-cü ilin yekunlarına və növbəti ildə qarşıda dayanan vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Hərbi Hospitalına gəlib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə silsilə tədbirlər keçirilir.
Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordu rəhbərliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib.
Dekabrın 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlərin psixoloq ixtisası üzrə təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edirəm.
Təsdiq edilmiş plana əsasən il ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətin asudə vaxtının təşkili məqsədilə silsilə tədbirlər keçirilir.