Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2014 09:00

Əlahiddə Ümumqoşun Ordusunda bayram şənliyi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordu rəhbərliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirdi ki, Ordu Komandanlığı tərəfindən mütəmadi olaraq şəxsi heyətlə ictimaiyyət nümayəndələrinin görüşü təşkil edilir, mədəni-kütləvi tədbirlər keçirilir ki, nəticədə xalqın orduya inamı artır, əsgərlərin mənəvi-psixoloji durmu daha da yüksəlir.
Çıxış edən digər ictimaiyyət nümayəndələri və tanınmış ziyalılar, eləcə də hərbi qulluqçular əlamətdar günlər münasibəti ilə şəxsi heyəti təbrik edərək, xidmətlərində uğurlar arzuladılar.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və "N" saylı hərbi hissənin yaradıcı kollektivlərinin maraqlı proqramlarla çıxışları, mahnı və rəqsləri əsgərlər tərəfindən alqışlarla qarşılanıb.