Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2014 09:00

Hərbi Liseydə mədəni kütləvi tədbir keçirilib

Təsdiq edilmiş plana əsasən il ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətin asudə vaxtının təşkili məqsədilə silsilə tədbirlər keçirilir.
Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının aktyorları İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşası ilə kursantlar qarşısında çıxış ediblər.
Əvvəlcə teatrın aktyoru xalq artisti Valeh Kərimov çıxış edərək Hərbi Liseyin rəhbərliyinə dəvət üçün minnətdarlığını bildirib. Təqdim olunan tamaşa kursantlar tərəfindən maraqla izlənilib.
Sonda Hərbi Liseyin rəisi adından Sumqayıt Dövlət Dram Teatrının kollektivi fəxri fərmanla təltif edilib.