AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Gəncə şəhərində Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib.
C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanları Birliyinin üzvləri ilə görüş keçirilib.
Bərdə hərbi birliyinin və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Gənclər gələcəyimizdir" mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Ankara şəhərində keçirilən 7-ci Yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb.
Dekabrın 22-dən 28-dək Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələrinin İdman Məktəbi və Təlim Mərkəzi Komandanlığının fəaliyyətləri ilə tanışlıq ziyarəti keçiriləcək.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Fətəlizadə Rüfət Nazim oğlunun dekabrın 17-də Ağsu rayonunun Padar kəndində anım mərasimi keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.
Dekabrın 16-dan 18-dək Norfolk şəhərində (ABŞ) "Transformasiya Komandanlarının konfransı və Tərəfdaşların Transformasiya Komandanlarının dəyirmi masa" tədbiri, dekabrın 16-dan 17-dək isə Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələri Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi komandanlığının ziyarəti və Bonn şəhərində (Almaniya) Hərbi hüquq üzrə ekspert danışıqları keçiriləcək.
Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib.
Dekabrın 15-dən 17-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma kursu, dekabrın 15-dan 18-dək isə Ankara şəhərində (Türkiyə) 7-ci Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək.