AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) NATO resursların idarə olunması üzrə təhsil proqramı kursu, dekabrın 8-dən 19-dək Ankara şəhərində (Türkiyə), 20-dək isə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Türkiyə Quru Qoşunları Məktəbi arasında müəllim mübadiləsi keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.
Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkunu qəbul edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır.
Dekabrın 4-dən 5-dək Brüssel şəhərində (Belçika) İkili təyinatlı malların və silahların ixracına nəzarət sahəsində Avropa İttifaqının əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi üzrə tədbir keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
C.Naxçıvanski adına Hərbi Liseydə "Ərazi uğrunda gedən döyüşlərdə hərbi hissələrin göstərdikləri nümunələrin təbliği" mövzusunda tədbir keçirilib.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində "Ebola virusu-bəşər tarixinin ən qəddar virus xəstəliyi" mövzusunda elmi konfrans keçirilib.
Dekabrın 2-dən 5-dək Bakı şəhərində Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi mövzusunda seminar, dekabrın 2-dən 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə mövzusunda seminar keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.