Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2014 09:00

C.Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə "Ərazi uğrunda gedən döyüşlərdə hərbi hissələrin göstərdikləri nümunələrin təbliği" mövzusunda tədbir keçirilib.
Tədbirdə liseyin kursantları, professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda döyüşlərdə həlak olan Vətən övladlarının əziz xatirəsini yad edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, döyüş əməliyyatlarının aparılaması, əsgər və zabitlərin şücaəti, xalqımızın mübarizə ruhu haqqında görüş iştirakçılarına məlumat verib.
O, Kəlbəcər rayonu istiqamətində aparılan qanlı döyüşlər barədə xatirələrini bölüşüb, Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş insanların qəhrəmanlıqları, Qarabağın azadlığı, milli istiqlaliyyət yolunda həyatından keçən və şəhidlik zirvəsinə yüksələn vətən övladlarının adlarının həmişə tarixdə qalacağını vurğulayıb.
Çıxış edənlər bu tipli tədbirlərin gənclərin mənəvi tərbiyəsində əvəzsiz olduğunu diqqətə çatdırıblar.