Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2014 09:00

Hərbi Tibb Fakültəsində Ebola virusu ilə bağlı elmi konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində "Ebola virusu-bəşər tarixinin ən qəddar virus xəstəliyi" mövzusunda elmi konfrans keçirilib.
Fakültənin müəllim, rezident və tələbə heyətinin iştirakı ilə keçirilən konfransı Silahlı Qüvvələrin baş cərrahı tibb xidməti polkovniki Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.
O, Ebola virusu, xəstəliyin yayılma coğrafiyası, onun yaratdığı problemlər və bu virusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlərin keçirilməsi haqda məruzə ilə çıxış edib.
Sonra Silahlı Qüvvələrin baş infeksionisti, tibb xidməti polkovniki Azər Nağıyevin "Virus mənşəli hemorragik qızdırmalar", tibb xidməti polkovnik-leytenantı Azad Məmmədovun "Ebola virusu tərəfindən törədilən xəstəlik" və tibb xidməti polkovnik-leytenantı Fərhad Meybəliyevin "Kontagioz hemorragik qızdırmalarda əks-epidemik tədbirlər" mövzusunda məruzələri dinlənilib.