Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Ankara şəhərində keçirilən 7-ci Yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb.
Görüşlərdə müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilərək gələcək fəaliyyətlərin müxtəlif istiqamətləri müzakirə olunub, iki ölkənin Silahlı Qüvvələri arasında praktiki əməliyyat uyarlığının əldə edilməsi məsələlərinə baxılıb, o cümlədən 2015-ci il ərzində birgə təlimlərin miqyası və əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılıb.