AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
- Cənab nazir, ilk növbədə, Sizi və Milli Ordumuzun şəxsi heyətini 26 iyun - Silahlı Qüvvələrimizin yaradılmasının 96-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə işinizdə uğurlar arzulayırıq.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.
İyunun 26-dan 28-dək Batumi şəhərində (Gürcüstan) Müdafiə və Təhlükəsizlik konfransı keçiriləcək.
Cənab generallar və zabitlər!Məzunlar və kursantlar!Hörmətli müharibə veteranları, valideynlər və qonaqlar!
İyunun 24-də xüsusi təyinatlı təhsil müəssisələrinin - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim-Tədris Mərkəzi və Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi məzunlarının növbəti buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü ilə Belarus Respublikasının Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Nikolayeviç Davidoviçin xatirəsi anılıb.