Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2014 09:00

Xüsusi təyinatlı təhsil müəssisələri məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

İyunun 24-də xüsusi təyinatlı təhsil müəssisələrinin - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim-Tədris Mərkəzi və Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi məzunlarının növbəti buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ümummilli Lider Heydər Əliyevin hərbi məktəbin ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq dərin ehtiramını bildirib.
Təntənəli mərasimdə hərbçilərlə yanaşı, çoxsaylı qonaqlar, məzunların valideynləri və yaxınları iştirak ediblər.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənova şəxsi heyətin mərasimə hazır olması barədə raport verildi. Bundan sonra buraxılış mərasiminin iştirakçıları Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər və ardınca Azərbaycan Respublikasının Dövlət himni ifa edildi.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərasimdə geniş nitqlə çıxış etdi. Sonra məzunlara ali hərbi məktəbi bitirmələri barədə diplomlar təqdim edildi.
Xüsusi təyinatlı təhsil müəssisələrinin tədris və intizamda birinci yerləri tutan məzunlarına Müdafiə naziri tərəfindən fərqlənmə diplomları təqdim edildi və onlar rəmzi yaş kötüklərinə emblemləri vurdular.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Döyüş Bayrağının təhvil-təslimi keçirildi.
Bayraq təntənə ilə gələcək məzunlara verildikdən sonra Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri ilə birlikdə məzunların ifasında məktəbin marşı ifa edildi.
Sonda şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçdilər.