AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən tikilmiş 2 doqquz mərtəbəli xidməti yaşayış binasının açılış mərasimində iştirak edib və bir qrup hərbi qulluqçuya mənzillərin açarlarını təqdim edib.
Almaniyanın Hərbi Təhsilə Yardım Proqramına əsasən iyunun 23-dən iyulun 11-dək Hammelburq şəhərində (Almaniya) BMT hərbi müşahidəçiləri kursu keçiriləcək.
İyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralamış və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirmişdir.
İyunun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru cənab Aleksandr Fomini və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru cənab Anatoli İsaykini qəbul edib.
Bu gün yerli elektron kütləvi informasiya vasitələrində erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən ərazimizdəki yüksəkliklərin guya ələ keçirilməsi ilə bağlı məlumat və fotolar yayılıb.
İyunun 19-da Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin anadan olmasının 100 illiyi münasibəti ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədbir keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Gəncə Zabitlər Evi və ordu birliyinin təşəbbüsü ilə keçirilən mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının Prezidenti cənab Hüqh Bayleyi (Böyük Britaniya) qəbul edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuş çavuş Kərimov Səməndər Fazil oğlu doğulduğu Füzulu rayonunun Aşağı Yağlıvənd kəndində dəfn olunub.