Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2014 09:00

Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illiyi qeyd olunub

İyunun 19-da Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin anadan olmasının 100 illiyi münasibəti ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədbir keçirilib. Tədbiri Azərbaycan Rerublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev açıq elan edib.
Qəhrəmanın həyat və döyüş yolu haqqında məruzə ilə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin elmi işçisi Gülşən Hüseynova bildirib ki, Böyük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Azərbaycan oğullarından biri də Mirzəyev Bəhyəddin Şahvələd oğludur. Əslən İsmayıllı rayonundan olan B.Mirzəyev 1936-cı ildə 22 yaşında hərbi xidmətə çağrılır. Hərbi xidmətini başa vurub vətənə qayıtdığı zaman artıq II dünya müharibəsi başlamışdı. Bir çox həmyerlilərimiz kimi, B.Mirzəyev də yenidən könüllü olaraq cəbhəyə yollanır.
1942-ci ildə 416-cı Azərbaycan Milli Diviziyasının 1054-cü topçu alayında batareya komandiri vəzifəsində döyüşlərə qatılmışdır.
II dünya müharibəsi döyüşlərində göstərdiyi şücaət və qəhrəmanlıqları, qazandığı saysız uğurları nəticəsində dəfələrlə komandanlığın təşəkkürü ilə qiymətləndirilmişdir. Visla-Oder əməliyyatında iştirakına görə isə o, 1945-ci il martın 24-də Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görülmüşdür.
Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı kapitan B.Mirzəyevə məxsus sənədlər, fotoşəkillər və onun qəhrəmanlığından bəhs edən kitab nümunələri saxlanılır.
Tədbirdə qəhrəmanın silahdaşları, veteran təşkilatlarının nümayəndələri, qəhrəmanın yaxınları çıxış edərək, onun haqqında xatirələrini bölüşüblər.
Sonda iştirakçılar tədbirin təşkilində köməklik göstərən Müdafiə Nazir-liyinə, Respublika Veteranlar Təşkilatına, Azərbyacan Hərb Tarixi Muzeyinə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, "Azərbaycan veteranı" qəzetinə, "Dədə Qorqud" Milli fondu və "Azərbaycan dünyası" jurnalına təşəkkürlərini bildiriblər.