Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyun 2014 09:00

Şəhid kiçik çavuş Kərimov Səməndər Fazil oğlu dəfn edilib

Düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuş çavuş Kərimov Səməndər Fazil oğlu doğulduğu Füzulu rayonunun Aşağı Yağlıvənd kəndində dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri və rayon ictimayyəti iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qaravulun müşayiəti ilə kənd məzarlığına aparılıb.
Şəhid Səməndər Kərimov əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin əzilərinə təqdim edilib.