Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2014 09:00

Məlumat


İyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralamış və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirmişdir. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar etmişdir.
Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.