Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2014 09:00

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Xalq artisti"

Qəniyev Heydər Anatollu oğlu – gizir

"Əməkdar incəsənət xadimi"

Kərimov Anar Elman oğlu – polkovnik-leytenant
Axundzadə Rüfət Yusif oğlu – mayor

"Əməkdar artist"

Hacıyev Rafiq Cəlil oğlu – mayor

"Əməkdar həkim"

Həsənov Qurban Qeybqulu oğlu – tibb xidməti polkovniki

"Əməkdar müəllim"

Abbasov Abbas Fətulla oğlu
Bağırova Təyibə İbrahim qızı.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2014-cü il.