Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 9 Fevral 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 9-da saat 00:05-dən 00:10-dək Ağdam rayonununun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 8 Fevral 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 8-də saat 05:20-dən 05:30-dək Ağdam rayonununun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 5 Fevral 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 4-də saat 16:50-dən 17:20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:00-dan 22:10-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı və Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 19:50-dən 19:55-dək, 22:00-dan 23:30-dək, fevralın 5-də saat 00:10-dan 00:15-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:30-dan 20:50-dək və fevralın 5-də saat 04:30-dan 04:55-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqələrini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 4 Fevral 2010 00:01

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Şimali Atlantika Şurasının ISAF əməliyyətına töhfə verən qeyri-NATO ölkələri müdafiə nazirlərinin İstanbulda keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün Türkiyəyə səfər edib.

Müdafiə Nazirliyinin məlumatı 4 Fevral 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 3-də saat 08:30-dan 08:39-dək, 08:40-dan 08:45-dək Cəbrayıl rayonunun Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 09:10-dan 09:25-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:00-dan 16:15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20.50-dən 21:10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:00-dan 22:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- fevralın 4-də saat 00:25-dən 00:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 3 Fevral 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 2-də saat 11:15-dən 11:18-dək, 17:30-dan 18:04-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 15:55-dən 16:05-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:15-dən 21:30-dək, 22:30-dan 22:45-dək, 23:15-dən 23:30-dək Füzuli rayonununun Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 2 Fevral 2010 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 2-də Azərbaycan Respublikasının Tərtər rayonundan 8 km cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilb.

Müdafiə Nazirliyinin məlumatı 2 Fevral 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın l-də saat 18:05-dən 18:10-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 21:50-dən 22:15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 18:05-dən 18:10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 15:45-dən 16:00-dək, fevralın 2-də saat 00:45-dən 01:10-dək fasilələrlə Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 16:30-dan 16:45-dək, 20:40-dan 21:10-dək, fevralın 2-də 00:40-dan 00:55-dək, 02:05-dən 02:20-dək Füzuli rayonununun Aşağı Seyidəhmədli, Qaraxanbəyli və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 1 Fevral 2010 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 2-də Azərbaycan Respublikasının Tərtər rayonunundan 8 km cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 1 Fevral 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 31-də saat 11:00-dan 11:10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 10:30-dan 10:35-dək, fevralın 1-də saat 00:25-dən 01:40-dək və 01:30-dan 01:40-dək Ağdam rayonunun Sarıcalı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 03:40-dan 03:50-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.