Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 31-də saat 11:00-dan 11:10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 10:30-dan 10:35-dək, fevralın 1-də saat 00:25-dən 01:40-dək və 01:30-dan 01:40-dək Ağdam rayonunun Sarıcalı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:40-dan 03:50-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.