Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 2-də saat 11:15-dən 11:18-dək, 17:30-dan 18:04-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15:55-dən 16:05-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:15-dən 21:30-dək, 22:30-dan 22:45-dək, 23:15-dən 23:30-dək Füzuli rayonununun Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.