Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2010 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 2-də Azərbaycan Respublikasının Tərtər rayonundan 8 km cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilb. Monitorinq baş tutsa da, qarşı tərəfdən atəş səsləri gəlib. Bunu Azərbaycan tərəfdə monitorinqi keçirən nümayəndələrin özləri də eşidiblər. Eyni zamanda qarşı tərəfdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayandəsi Anjey Kaspşik və onun səhra köməkçiləri da atəş səslərinin eşidildiyini təsdiqləyiblər. Lakin A.Kaspşik bu atəş səslərinin ermənilər tərəfdə olan poliqondan gəldiyini iddia edib.
Borsunlu kəndi yaxınlığında olan zabitlərimiz isə atəşin təkcə poliqonda deyil, eyni zamanda qarşı tərəfın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə yönəldilərək açıldığını qeyd ediblər. Monitorinq keçirilən zaman mövqelərimizə 3 dəfə atəş açılıb.